Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış mıntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.
Region
31 Mart , 2022 03:26
Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış mıntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Orlovo (Zaporojye vilayəti), Zaqradovka, Koçubeyev (hər ikisi Xerson vilayəti) yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

"Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır", - məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də işğalçılardan azad edib.

Son xəbərlər

Orphus sistemi