Rusiya Ukrayna Silahlı Qüvvələrinin Donetsk istiqamətində hücuma başladığını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Donetskin Spornoye qəsəbəsində Ukrayna ordusunun 2 hücumunun qarşısı alınıb.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.
O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır.
Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan edib.
Xatırladaq ki, Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.