Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib Ukraynanın Luqansk vilayətinin Novoivanovka yaşayış məntəqəsinə nöqtəvari artilleriya zərbləri nəticəsində Çeçenistandan olan xüsusi təyinatlıların sursat anbarı və 10-dan çox döyüşçüsü məhv edilib.
Region
26 Oktyabr , 2022 12:24
Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

Ukraynanın Luqansk vilayətinin Novoivanovka yaşayış məntəqəsinə nöqtəvari artilleriya zərbələri nəticəsində Çeçenistandan olan xüsusi təyinatlıların sursat anbarı və 10-dan çox döyüşçüsü məhv edilib.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri vilayətin Svatovo yaşayış məntəqəsində 10-dək Rusiya hərbçisini və döyüş komplekti ilə yüklənmiş 5 avtomobili məhv edib.

Məlumata görə, son sutkada Rusiya Ukraynanın yaşayış məntəqələrinə 5 raket, 30 aviasiya zərbəsi, reaktiv yaylım atəşi sistemindən yüzdən artıq atəş açılıb. Qırxdan çox yaşayış məntəqəsi, o cümlədən Dnepr şəhəri və Dnepropetrovsk vilayəti, Xarkov vilayətinin Prikolotnoye şəhəri, Xerson vilayətinin Bolşaya Aleksandrovka şəhərləri hava hücumuna məruz qalıb.

Bildirilib ki, Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 3 “Ka-52” zərbə helikopterini sıradan çıxarıblar.

Son xəbərlər

Orphus sistemi