Ukrayna müdafiə və təhlükəsizlik üçün 27 milyard dollardan çox vəsait ayıracaq

Ukrayna müdafiə və təhlükəsizlik üçün 27 milyard dollardan çox vəsait ayıracaq Ukrayna rəhbərliyi 2023-cü ildə dövləti qorumaq üçün 1 trilyon qrivnadan (27 milyard dollardan çox - Red) çox pul xərcləməyi planlaşdırır.
Region
7 sentyabr 2022 22:48
Ukrayna müdafiə və təhlükəsizlik üçün 27 milyard dollardan çox vəsait ayıracaq

Ukrayna rəhbərliyi 2023-cü ildə dövləti qorumaq üçün 1 trilyon qrivnadan (27 milyard dollardan çox - Red) çox pul xərcləməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik Kiyev üçün bir nömrəli prioritetdir.

“Gələn il bir trilyon qrivnadan çox vəsait təhlükəsizlik və müdafiə sektoruna yönəldiləcək. Bu, bir nömrəli prioritet olacaq”, - deyə Zelenski bildirib.

Ukrayna prezidentinin qeyd etdiyi kimi, o, müvafiq qərarı hökumətlə ölkənin 2023-cü il dövlət büdcəsi layihəsinə dair iclasda müzakirə edib.

Eyni zamanda, avqustun sonunda Ali Rada Ukrayna büdcəsinin təhlükəsizlik və müdafiəyə ümumi xərclərinin 1,2 trilyon qrivenə (32,55 milyard ABŞ dollar - Red) çatdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi