Ukrayna Müdafiə Nazirliyi müharibədə mina partlayışlarından ölənlərin sayını açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi müharibədə mina partlayışlarından ölənlərin sayını açıqlayıb Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada partlayıcı maddələrdən baş verən partlayışlar nəticəsində 6-sı uşaq olmaqla 124 nəfər həlak olub.
Region
22 Aprel , 2023 20:47
Ukrayna Müdafiə Nazirliyi müharibədə mina partlayışlarından ölənlərin sayını açıqlayıb

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynada partlayıcı maddələrdən baş verən partlayışlar nəticəsində 6-sı uşaq olmaqla 124 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Ekoloji təhlükəsizlik və ərazilərin minalardan təmizlənməsi idarəsinin rəisi Ruslan Berequlya telemarafonun efirində bildirib.

“Bu günədək, əldə etdiyimiz məlumatlara görə, altı uşaq olmaqla, 124 ukraynalı həlak olub. 33-ü uşaq olmaqla 286 nəfər yaralanıb”, - o qeyd edib.

Berequlyanın sözlərinə görə, qarşı tərəfin minalarından ən çox Xarkov, Nikolayev və Xerson vilayətləri zərər çəkib.

Ümumilikdə, dəniz əraziləri də daxil olmaqla Ukrayna ərazisinin təxminən 174 min kvadrat kilometri partlayıcı maddələrlə potensial olaraq çirklənmiş hesab olunur.

“Tədqiqat aparılan işğaldan azad edilmiş ərazilərin sahəsi 45 min kvadrat kilometrdir ki, bunun da 17 min kvadrat kilometri kənd təsərrüfatı təyinatlı torpaqlardır”, - idarə rəisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi