Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb Ukraynanın müdafiə qüvvələri Donetsk, Slobojansk və Tavriyanın fəaliyyətdə olan dairələrində Rusiya Silahlı Qüvvələrinin hücumuna müqavimət göstərməyə davam edirlər
Region
628
10 Mart , 2022 09:49
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

Ukraynanın müdafiə qüvvələri Donetsk, Slobojansk və Tavriyanın fəaliyyətdə olan dairələrində Rusiya Silahlı Qüvvələrinin hücumuna müqavimət göstərməyə davam edirlər.

“Report” xəbər verir ki, məlumatı Ukraynanın Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.

Bildirilib ki, Xarkov və Axtırka şəhərləri müdafiə olunur: “Əsas səylər rəqibin cənub-şərq istiqamətində hərəkətinin qarşısının alınmasına yönəlib. Mariupolun dairəvi müdafiəsi ilə yanaşı, Belarus ilə dövlət sərhədinin bağlanması, Siverşinedə Çerniqov şəhəri müdafiəsi davam edir”.

Rəsmi məlumata görə, Rusiya qoşunlarının paytaxt Kiyev şəhərinə tərəf hərəkətinin qarşısının alınması üzrə tədbirlər görülür. Şəhərin müdafiə qüvvələri rəqibin hücumlarını dəf etməyə hazır vəziyyətdədir.

Qeyd olunub ki, cənub istiqamətində Rusiya Silahlı Qüvvələri Krivoy Roq, Nikolayev, Voznesensk və Xerson vilayətinin Novoronsovka qəsəbəsində sıxışdırılır.

Başqa istiqamətlər qoşun dəstələri sabitlik və ərazinin müdafiəsi üzrə əməliyyatlar keçirir.

Nazirliyin informasiyasına əsasən, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının raket bomba zərbələrinin qarşısını alır, ölkənin vacib obyektlərini və qoşun bölmələrini hava hücumundan müdafiə edir. Son iki gündə (martın 8 və 9 nəzərdə tutulur- red.) Rusiyanın dörd “Su-25” qırıcısı və iki helikopteri məhv edilib.

“Onların irəliləmək sürəti zəifləyib, Rusiya ordusunun şəxsi heyəti ruh düşkünlüyü yaşayır. Rusiya Silahlı Qüvvələrinin hissələri arasında öz başınalıq və talan halları əhəmiyyətli dərəcədə artıb”, - Ukrayna Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərbi əməliyyatlara başlamasının 15-ci günüdür.

Son xəbərlər

Orphus sistemi