Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb Ukrayna Müdafiə Nazirliyi müharibənin 17-ci günü ilə bağlı operativ məlumat yayıb.
Region
1713
12 Mart , 2022 11:01
Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb

“Ukrayna Müdafiə Qüvvələri üstünlüyü ələ alır və bütün istiqamətlərdə Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatını dəf edir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Polesye, Siver, Cənubi Buq əməliyyat bölgələrində Rusiya ordusunun canlı qüvvələri və texnikası böyük itkilər verib, dayandırılıb və əvvəllər işğal olunmuş əraziləri saxlamağa çalışır.

Donetsk istiqamətində irəliləməyə çalışan işğalçılar Ukrayna müdafiəçilərindən layiqli cavab alıblar və müxtəlif istiqamətlərdə dayandırılıblar, nəticədə qarşı tərəfin irəliləmə sürəti xeyli ləngiyib”, - məlumatda bildirilib.

Qeyd olunub ki, döyüş başlayandan Rusiyanın Ukrayna ərazisində fəaliyyət göstərən otuz bir tabor-taktiki dəstəsi döyüş qabiliyyətini itirib.

“Hərbi əməliyyatlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə birbaşa təmasda olan Rusiya Silahlı Qüvvələrinin hissələrinin əksəriyyəti ruhdan düşüb, şəxsi heyətinin mənəvi-psixoloji durumu pisləşməkdə, təslim olmaların sayı artmaqda davam edir. Son üç gündə qarşı tərəfin kiçik fərari dəstələrinin dövlət sərhədinə doğru hərəkəti müşahidə olunur.

Rəqib ehtiyatının komplektləşdirilməsində ciddi problem yaşayır”, - Ukrayna MN-dan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi