Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı operativ məlumat yayıb
Region
582
14 Mart , 2022 09:45
Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı operativ məlumat yayıb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində paylaşım edilib.

Bildirilib ki, son sutkada Rusiya Silahlı Qüvvələrinin 4 təyyarəsi, 3 helikopteri məhv edilib: “Qarşı tərəf heç bir istiqamətdə ciddi uğur qazana bilməyib. Rusiya Silahlı Qüvvələrinin əsas səyləri işğal olunmuş ərazilərdə möhkəmlənməyə sərf edilib. Onların silah və hərbi texnika təminatı üçün mülki obyektlərdən, o cümlədən dini yerlərdən istifadə etdiyi aşkarlanıb. Qarşı tərəfin mənəvi-psixoloji durumu aşağıdır. Beləliklə, Rusiya hərbçiləri komandanlığın əmrlərini icra etrməkdən boyun qaçırırlar”.

Rəsmi informasiyaya görə, Belqorod Hərbi Komendantlığının hərbi düşərgəsi Rusiya ərazisindəki Belqorod şəhərində yerləşir: “Düşərgədə yaralanmış əsgərlər var. Onların bəziləri yenidən döyüşlərə qatılmaqdan imtina edirlər”.

Qeyd olunub ki, Belarusun xüsusi əməliyyat qüvvələrinin yüksəkrütbəli rəsmilərindən birinin sözlərinə görə, Belarus Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcəklər.

Son xəbərlər

Orphus sistemi