Ukrayna MN: "Nikolayevdə Rusiyanın 20 texnikası və döyüş sursatı anbarı məhv edilib"

Ukrayna MN: "Nikolayevdə Rusiyanın 20 texnikası və döyüş sursatı anbarı məhv edilib" “Rusiya ordusu şimal istiqamətində aktiv əməliyyat həyata keçirməyib.
Region
250
7 May , 2022 09:22
Ukrayna MN: Nikolayevdə Rusiyanın 20 texnikası və döyüş sursatı anbarı məhv edilib

“Rusiya ordusu şimal istiqamətində aktiv əməliyyat həyata keçirməyib. Slobojanski istiqamətində düşmən Xarkov şəhəri yaxınlığındakı yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, qarşı tərəf İzyum istiqamətində PUA-lar vasitəsilə hava kəşfiyyatı aparır: “Onlar bu yolla qoşunlarımızın mövqelərini dəqiqləşdirirlər. Bir neçə yaşayış məntəqəsində üç körpü partladılıb. Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına mane olmaq üçündür. Donetsk və Tavriya istiqamətlərində düşmən təmas xətti boyunca artilleriya atəşini davam etdirir. Əməliyyat-taktiki aviasiya vasitələrilə qoşunlarımızın mövqelərinə raket-bomba zərbələri endirilir. Mariupol şəhərində müdafiə qüvvələrinin Azovstal rayonundakı bölmələrinin mühasirəsi davam edir. Cənub Buq istiqamətində düşmən artilleriya qurğularından istifadə etməklə qoşunlarımızın mövqelərini atəşə tutub. Rusiya ordusu Nikolayev şəhərinin mülki infrastrukturunu raketlərdən və çoxsaylı reaktiv yaylım atəşindən atəşə tutub”.

Vurğulanıb ki, Nikolayev vilayətinin İvano-Kepin qəsəbəsində qarşı tərəfin döyüş sursatu anbarı və 20 texnikası məhv edilib: “Müvəqqəti işğal olunmuş Xersonda keçid məntəqələrinin və səyyar patrulların sayı artırılıb. Son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 14 PUA-sı, 3 tankı, 8 artilleriya sistemi, 7 zirehli döyüş maşını, 1 avtomobili, 3 mühəndis texnikası məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 8 hava hücumu dəf edilib”.

Son xəbərlər

Orphus sistemi