Ukrayna MN Belarusa xəbərdarlıq edib: "Müharibəyə qoşulmaq intihar olar"

Ukrayna MN Belarusa xəbərdarlıq edib: "Müharibəyə qoşulmaq intihar olar" “Belarusun Ukraynaya qarşı müharibəyə qoşulmaq cəhdi onun üçün intihar olardı”.
Region
28 Noyabr , 2022 16:25
Ukrayna MN Belarusa xəbərdarlıq edib: Müharibəyə qoşulmaq intihar olar

“Belarusun Ukraynaya qarşı müharibəyə qoşulmaq cəhdi onun üçün intihar olardı”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

O bildirib ki, Belarusun guya hücuma hazırlaşdığı barədə məlumatlar xüsusi olaraq yayılır: “Belə saxtakarlıqlar Rusiya üçün sərfəlidir. Beləliklə, təcavüzkar ölkə ukraynalıları qorxutmağa çalışır”.

A.Yusovun sözlərinə görə, Rusiya informasiya və psixoloji müharibənin elementlərindən istifadə edir: “Biz demirik ki, Belarus ərazisindən təhlükə yoxdur. Var. Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə silah-sursat və zirehli texnika ilə kömək edir. Amma yaxın vaxtlarda Belarusun birbaşa quru əməliyyatlarına qoşulması mümkün deyil”.

Son xəbərlər

Orphus sistemi