Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər

Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin silahlıları paytaxt Kiyevdə bir qrup çeçen silahlısını zərərsizləşdiriblər.
Region
27 fevral 2022 11:28
Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin silahlıları paytaxt Kiyevdə bir qrup çeçen silahlısını zərərsizləşdiriblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.

Onun sözlərinə görə, çeçen silahlıları təcili yardım maşınında şəhər ətrafında hərəkət ediblər.

“İndicə təcili yardım maşınında Kiyev ətrafında hərəkət edən bir qrup çeçen diversantın bir hissəsi Kiyevdə şanlı Ukrayna hərbi kəşfiyyatçıları tərəfindən vurulub, bir hissəsi isə saxlanılıb”, - o, bildirib.

Son xəbərlər

Orphus sistemi