Ukrayna karantin rejimini iyunun 22-nə qədər uzatdı

Ukrayna karantin rejimini iyunun 22-nə qədər uzatdı Ukrayna Nazirlər Kabineti ölkədə karantin rejimini iyunun 22-dək uzadıb və mayın 22-də məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci mərhələsinə keçmək qərarına gəlib.
Region
20 May , 2020 17:46
Ukrayna karantin rejimini iyunun 22-nə qədər uzatdı

Ukrayna Nazirlər Kabineti ölkədə karantin rejimini iyunun 22-dək uzadıb və mayın 22-də məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci mərhələsinə keçmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərarı Ukrayna hökuməti iclasda verib.

Ölkənin Baş naziri Denis Şmıqal karantinin “adaptiv model” üzrə keçəcəyini söyləyib.

“Bu, virusun yayılacağı təqdirdə texnoloji-ekoloji təhlükəsizlik və fövqəladə hallar üzrə regional komissiyalara yerlərdə epidemiyaya qarşı məhdudiyyətləri gücləndirməyə imkan verəcək. Komissiyalar eyni zamanda milli səviyyədə müəyyən edilmiş məhdudiyyətlərə zidd deyilsə, məhdudiyyətləri zəiflədə də bilər”, - o deyib.

Qeyd edək ki, hökumətin bugünkü qərarına əsasən, mayın 22-dən Ukraynada ictimai şəhər və şəhərətrafı nəqliyyatın fəaliyyəti bərpa ediləcək, ərazilərindəki restoran və hovuzlar istisna olmaqla, hotellər açılacaq. Bu tarixdən etibarən tamaşaçısız idman tədbirlərinə də icazə veriləcək. Eyni zamanda hökumət metro və uşaq bağçalarının fəaliyyətinin bərpasını mayın 25-nə qədər təxirə salmaq qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi