Ukrayna HHQ: "Rusiya İrandan PUA tədarükünü artırıb"

Ukrayna HHQ: "Rusiya İrandan PUA tədarükünü artırıb" Rusiya İrandan pilotsuz uçuş aparatı (PUA) tədarükünü artırıb.
Region
1 İyun , 2023 13:00
Ukrayna HHQ: Rusiya İrandan PUA tədarükünü artırıb

Rusiya İrandan pilotsuz uçuş aparatlarının (PUA) tədarükünü artırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat deyib.

Onun sözlərinə görə, ruslar Ukraynaya hücum zamanı rekord sayda “Shahed” PUA-sından istifadə etməyə başlayıblar: “Qarşı tərəf PUA-larla hücumu gündəlik rejimdə həyata keçirmək istəyir. Hazırda Rusiya İrandan kifayət qədər PUA alır”.

Son xəbərlər

Orphus sistemi