Ukrayna Gürcüstandan Mixeil Saakaşvili ilə bağlı xahiş edib

Ukrayna Gürcüstandan Mixeil Saakaşvili ilə bağlı xahiş edib Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixeil Saakaşvilinin urkaynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib.
Region
2 Oktyabr , 2021 15:42
Ukrayna Gürcüstandan Mixeil Saakaşvili ilə bağlı xahiş edib
Mixeil Saakaşvili

Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixeil Saakaşvilinin urkaynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Oleq Nikolneko bildirib.

O deyib ki, bu məsələ Gürcüstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə XİN-də bu gün keçirilən görüşdə müzakirə olunub.

Ukrayna tərəfi M.Saakaşvilinin qanunla müəyyən edilmiş hüquqlarının tam qorunmasının zəruriliyini vurğulayıb.

Rəsmi Kiyevin Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Ukrayna vətəndaşı M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. Rustavi şəhərində penitensiar müəssisəyə yerləşdirilmiş siyasətçi aclıq elan edib və Ukrayna konsulu ilə görüş istəyib.

Son xəbərlər

Orphus sistemi