Ukrayna Rusiya ilə müharibədə əks-hücum əməliyyatlarına başlayandan bəri 40 kvadrat kilometr ərazini işğaldan azad edib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ukrayna ordusu Donetsk vilayəti ətrafında da müəyyən irəliləyiş əldə edib.
Xatırladaq ki, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar daha əvvəl Baxmut istiqamətində 3 kvadrat kilometr ərazinin azad olunduğunu bildirmişdi.
Qeyd edək ki, rəsmi Kiyev əks-hücum əməliyyatlarına bu il iyunun əvvəlində başlayıb.