Ukrayna diplomatı növbəti dəfə Gürcüstan XİN-ə çağırılıb

Ukrayna diplomatı növbəti dəfə Gürcüstan XİN-ə çağırılıb Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Region
2 May , 2022 15:49
Ukrayna diplomatı növbəti dəfə Gürcüstan XİN-ə çağırılıb

Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

XİN başçısının müavini Teymuraz Cancaliya diplomata Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin təqdim etdiyi informasiya ilə bağlı Gürcüstan tərəfinin narazılığını çatdırıb. O qeyd edib ki, yoxlanılmamış faktlar əsasında yayılmış bu cür informasiyalar iki ölkə arasındakı tərəfdaşlığa xələl gətirir.

A.Kasyonavdan informasiya üzrə faktiki izahatlar və sübutlar təqdim etməsi xahiş olunub. Diplomat görüşdə hazırkı mərhələdə Kəşfiyyat Xidmətinin bəyanatına cavabın olmadığını bildirib və müvafiq bildirişin Kiyevə çatdırılacağını qeyd edib.

Görüşdə Gürcüstanın Ukrayna və Ukrayna xalqına sarsılmaz dəstəyi təsdiqlənib. A.Kasyanov Ukraynaya dəstək və humanitar yardıma görə Gürcüstana təşəkkür edib.

Xatırladaq ki, A.Kasyanov Gürcüstan XİN-ə sonuncu dəfə aprelin 5-də çağırılmışdı. Görüşdə Tbilisinin Ukrayna tərəfinin Gürcüstanın xüsusi xidmət orqanlarının Rusiyanın müvafiq xidmətləri ilə məxfi əlaqələrinin olması və sanksiyaya məruz qalmış məhsulların qaçaqmalçılıq yolu ilə daşınması barədə yaydığı məlumatlarla bağlı narahatlığını ifadə edilmişdi.

Qeyd edək ki, Ukrayna mətbuatının bu günlərdə ölkənin Kəşfiyyat Xidmətinin məlumatına istinadla yazdığına əsasən Rusiya öz məhsullarının üçüncü ölkələrə təkrar ixracı ilə bağlı Gürcüstanla danışıqlar aparır.

Son xəbərlər

Orphus sistemi