Ukrayna BQ: "Donbas istiqamətində Rusiyanın 11 hücumunun qarşısı alınıb"

Ukrayna BQ: "Donbas istiqamətində Rusiyanın 11 hücumunun qarşısı alınıb" “Ukrayna Silahlı Qüvvələri son sutkada Donetsk və Luqansk istiqamətində Rusiya qoşunlarının 11 hücumunun qarşısını alıb, 6 tankını, 10 zirehli texnikasını və 6 avtomobil texnikasını məhv edib”.
Region
23 may 2022 05:30
Ukrayna BQ: Donbas istiqamətində Rusiyanın 11 hücumunun qarşısı alınıb

“Ukrayna Silahlı Qüvvələri son sutkada Donetsk və Luqansk istiqamətində Rusiya qoşunlarının 11 hücumunun qarşısını alıb, 6 tankını, 10 zirehli texnikasını və 6 avtomobil texnikasını məhv edib”.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Məlumata görə, Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyanın yuxarıda qeyd etdiyimiz istiqamətdə 1 “Orlan 10” PUA-sını, 1 “Su-25” təyyarəsini, habelə 4 qanaldı raketini məhv edib.

Bildirilib ki, döyüşdə veridiyi itkiləri nəticəsində rəqib Ukraynaya göndəriləcək taborun taktiki qruplarını təchiz etmək üçün “T-62” tanklarını ehtiyatdan çıxarmağa məcbur olub. Qeyd edilib ki, bundan silahlanmada itkiləri bərpa və hərbi texnika itkisini kompensasiya etmək üçün istifadə olunur.

Son xəbərlər

Orphus sistemi