Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb Rusiya Silahlı Qüvvələri (SQ) indiyədək Ukraynada 30 850 nəfər canlı qüvvə itirib.
Region
2 İyun , 2022 11:56
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb

Rusiya Silahlı Qüvvələri (SQ) indiyədək Ukraynada 30 850 nəfər canlı qüvvə itirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, iyunun 2-nə olan məlumata görə, Rusiya SQ-nin itkiləri 1363 tank, 3354 zirehli maşın, 661 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 hava hücumundan müdafiə vasitəsi, 210 təyyarə, 175 helikopter, 521 operativ-taktiki PUA, 120 qanadlı raket, 13 gəmi/qayıq, 51 xüsusi texnika təşkil edib.

“Ötən sutka ərzində düşmənin ən böyük itkisi Baxmutov istiqamətində qeydə alınıb”, - Ukrayna Baş Qərargahının məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi