Ukrayna Baş Qərargahı: "Rusiyanın 38 450 hərbçisi məhv edilib"

Ukrayna Baş Qərargahı: "Rusiyanın 38 450 hərbçisi məhv edilib" "Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 450 hərbçisi məhv edilib”
Region
18 İyul , 2022 10:15
Ukrayna Baş Qərargahı: Rusiyanın 38 450 hərbçisi məhv edilib

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 450 hərbçisi məhv edilib”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 687 tank, 3 886 zirehli döyüş maşını, 849 artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 hava hücumundan müdafiə sistemi, 220 təyyarə, 188 helikopter, 690 PUA, 166 qanadlı raket, 15 gəmi, 2 753 avtomobil texnikası və avtosistern, 70 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ən böyük itkiləri Kramatorsk şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Son xəbərlər

Orphus sistemi