Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib"

Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib" Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib.
Region
6 İyun , 2023 09:42
Ukrayna Baş Qərargahı: Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 211 150 hərbçisi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, ötən gün Rusiyanın 800-dən çox hərbçisi zərərsizləşdirilib.

Rusiyanın digər döyüş itkiləri 3 860 tank, 7543 zirehli maşın, 3212 operativ-taktiki PUA, 3603 artilleriya sistemi, 351 hava hücumundan müdafiə sistemi, 590 reaktiv yaylım atəş sistemi, 313 təyyarə, 298 helikopter, 6332 avtomobil və tanker, 18 gəmi, 1171 qanadlı raket, 489 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən ilin fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi