“Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 165 uşaq ölüb, 266 uşaq isə yaralanıb”.
“Report” xəbər verir ki, bunu Ukraynanın Baş Prokurorluğu yayıb.
Qeyd olunub ki, bununla yanaşı 431-dən çox uşaq xəsarət alıb.
Həmçinin bildirilib ki, Rusiyanın bombardmanları nəticəsində 869 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83 tamamilə dağılıb.