Türkmənistanda yüksək dövlət vəzifəsində işləmiş iki keçmiş məmur həbsxanada vəfat edib

Türkmənistanda yüksək dövlət vəzifəsində işləmiş iki keçmiş məmur həbsxanada vəfat edib Onların adları Türkmənistan həbsxanalarından “yoxa çıxmış 100 xüsusi məhbus” siyahısında var
Region
6 Oktyabr , 2017 10:07
Türkmənistanda yüksək dövlət vəzifəsində işləmiş iki keçmiş məmur həbsxanada vəfat edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazov Türkmənbaşının hakimiyəti dövründə ən yüksək dövlət vəzifəsi tutmuş iki məmur həbsxanada vəfat edib.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, vəfat edənlərdən biri “Türkmənneft” dövlət neft şirkətinin keçmiş sədri Saparməmməd Vəliyev, o biri isə keçmiş milli təhlükəsizlik naziri Poran Berdıyevdir.

Məlumata görə, onların meyitləri ailə üzvlərinə təhvil verilib.

“Onların dirisini göstərin” Beynəlxalq Təşkilatın məlumatına görə, S.Vəliyev 2005-ci il sentyabrın 19-da Türkmənistan Ali Məhkəməsinin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qohumlarına onunla görüşmək üçün saxlanıldığı yer haqqında məlumat verilməyib.

Təşkilat Saparməmməd Vəliyevi Türkmənistan həbsxanalarında itkin düşmüşlərin siyahısına daxil edib.

“Onların dirisini göstərin”in məlumatına əsasən, Vəliyev Saparməmməd Urkudoviç 1942-ci ildə Türkmənistanın Hebitdaq şəhərində andan olub, orada neft texnikumunu, sonra Moskva Netf-Kimya və Qaz Sənayesi İnstitutunu bitirib. 1979-1995-ci illərdə “Nebitdaqneft” İdarəsinində baş mühəndis və rəis, 1997-ci ildən 2005-ci il avqustun 12-dək dövlət naziri, “Türkmənneft” dövlət şirkətinin sədri işləyib. 2005-ci ilin avqustunda Saparmurad Niyazov onu “işində ciddi çatışmazlığa, səlahiyyətindən sui-istifadəyə” görə tutduğu vəzifədən azad edib. Həmin vaxt Türkmənbaşı onun cinayət işinin 20 gün ərzində araşdırılmasını tapşırıb.

Poran Berdıyev isə 2000-ci illərdə müxtəlif yüksək vəzifələrdə işləyib.

Türkmənistanın sabiq prezidentinin təhlükəsizlik xidmətinin keçmiş rəisi Akmurad Kuliyeviç Rəcəbov da həbsxanada ölüb. A.Rəcəbov 1985-ci ildən Türkmənistan rəhbərliyinin şəxsi mühafizəsinə başçılıq edib. 1992-ci ildə Türkmənistan prezidentinin təhlükəsizlik xidməti yenidən təşkil olunub. Məlumata görə, ölkənin mərhum prezidenti Saparmurad Niyazov Türkmənbaşı öləndən sonra o, 2006-cı ilin dekabrında hakimiyyətin indiki dövlət başçısı Qurbanqulu Berdiməhəmmədova verilməsində başlıca rol oynayıb. O, 2007-ci il mayın 15-də Q.Berdiməhəmmədovun fərmanı ilə başqa vəzifəyə keçməsi ilə əlaqədar tutduğu postdan kənarlaşdırılıb. 2007-ci il iyulun 27-də isə Türkmənistan Ali Məhkəməsi A.Rəcəbovu Cinayət Məcəlləsinin 6 maddəsi üzrə mühakimə edərək 17 il azadlıqdan məhrum edib.

Məhkəmədən sonra onun “gizli həbsxanada” saxlanıldığı bildirilirdi. Hətta beynəlxalq təşkilatlar onun “dirisinin göstərilməsini” istəmiş, habelə A.Rəcəbovu Türkmənistan həbsxanalarından “yoxa çıxmış 100 xüsusi məhbus” siyahısına daxil edib.

Xəbərdə bildirilib ki, Türkmənistan həbsxanalarında “Türkmənstandartları” Dövlət Xidmətinin keçmiş başçısı Bayram Xasanov, Türkmənistan Sərhəd Qoşunlarının keçmiş komandanı Tirkiş Tırmıyev, istefada olan təhlükəsizlik zabiti Vekil Durdıyev və polkovnik Annadurdı Annasahedov da vəfat edənlər, həsbxanalara itkin düşənlər siyahısında olanlardandır. 

Son xəbərlər

Orphus sistemi