Türkmənistanda yeni Prezidentin andiçmə mərasiminin tarixi müəyyənləşib

Türkmənistanda yeni Prezidentin andiçmə mərasiminin tarixi müəyyənləşib Türkmənistanda seçkilərdən 1 həftə sonra – martın 19-u yeni prezidentin andiçmə mərasimi keçiriləcək.
Region
11 Mart , 2022 10:52
Türkmənistanda yeni Prezidentin andiçmə mərasiminin tarixi müəyyənləşib

Türkmənistanda martın 12-də keçiriləcək prezident seçkilərindən bir həftə sonra – martın 19-da yeni dövlət başçısının andiçmə mərasimi təşkil ediləcək.

“Report” xəbər verir ki, bu barədə Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdiməhəmmədov seçkilərə hazırlıqla bağlı keçirilən iclasda deyib.

Bildirilib ki, andiçmə mərasimi “Oğuzxan” Sarayında baş tutacaq. Təntənəli mərasim sonra Qəbul Mərkəzində davam edəcək.

Son xəbərlər

Orphus sistemi