Türkmənistanda Xəzər İqtisadi Forumu keçiriləcək

Türkmənistanda Xəzər İqtisadi Forumu keçiriləcək Bakı. 17 dekabr. REPORT.AZ/ Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna hazırlıq işlərinə başlanılıb.
Region
17 Dekabr , 2018 14:04
Türkmənistanda Xəzər İqtisadi Forumu keçiriləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna hazırlıq işlərinə başlanılıb.

“Report” “CA News”a istinadən xəbər verir ki, bunu Türkmənistan xarici işlər naziri Rəşid Mərədov bildirib.

O, ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilən V Xəzər sahili Ölkələri sammitində imzalanan müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər arasında Türkmənistanda VI Xəzər Sammitinin, 2019-cu ildə isə I Xəzər İqtisadi Forumunun keçirilməsi barədə sənədin olduğunu xatırladıb.

Nazir bununla bağlı yaradılan təşkilat komitəsinin birinci iclasında forumun Xəzər Günü - avqustun 12-də Avazə Milli Turizm Bölgəsində keçirməklə bağlı təkliflər irəli sürüldüyünü diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi