Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib Nazirliyin əməkdaşı: “Təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimai asayişi və əmin-amanlığı təmin etməkdir”
Region
19 Avqust , 2017 20:13
Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib

Bakı. 19 avqust. REPORT.AZ/ Bu ilin sentyabrında “Aziat-2017” oyunularının keçirilməsi zamanı ictimai asayişi təmin etmək üçün Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib.

“Report” “CA-NEWS”-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Ticarət Nazirliyinin əməkdaşı bildirib.

“Qadağanın tətbiqində əsas məqsəd avqustun 17-dən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimai asayişi və əmin-amanlığı təmin etməkdir”, - adının çəkilməsini istəməyn nazirlik əməkdaşı vurğulayıb.

Qeyd edək ki, cari il sentyarbın 17-də ölkə paytaxtı Aşqabadda 5-ci “Aziat-2017” oyunlarının təntənəli açılışı olacaq. Oyunlar sentyabrın 27-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi