Türkmənistan Xəzər dənizinin şelfində yataqların işlənməsi üçün xarici investisiya cəlb etmək niyyətindədir

Türkmənistan Xəzər dənizinin şelfində yataqların işlənməsi üçün xarici investisiya cəlb etmək niyyətindədir "Türkmənneft" dövlət konserni "Demirqazık Qoturdepe" yatağının işlənməsi üzrə layihə işləyib hazırlayıb
Region
9 Yanvar , 2017 10:07
Türkmənistan Xəzər dənizinin şelfində yataqların işlənməsi üçün xarici investisiya cəlb etmək niyyətindədir

Bakı. 9 yanvar. REPORT.AZ/ Türkmənistan Xəzər dənizinin şelfində yerləşən perspektivli "Demirqazık Qoturdepe" yatağının işlənməsi üçün xarici investisiya cəlb etmək niyyətindədir.

"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Nazirlər Kabinetinin iclasında baş nazirin neft-qaz kompleksi üzrə müavini Yaqşigeldi Kakayev bildirib.

Y.Kakayevin sözlərinə görə, araşdırmalar zamanı əldə olunan məlumatlar bu yataqda zəngin karbohidrogen ehtiyatlarının olduğunu göstərib. Buna görə də "Türkmənneft" dövlət konserni "Demirqazık Qoturdepe" yatağının işlənməsi üzrə layihə işləyib hazırlayıb.

Bu sahənin işlənməsi üçün ilk mərhələdə təxminən 600 milyon dollar məbləğində kapital yatırımı lazım gələcək. Layihənin həyata keçirilməsi üçün sərf ediləcək vəsaitlərin hasil olunacaq neftin bir hissəsi ilə kompensasiyası şərti ilə xarici investorların cəlb edilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi