Türkmənistanda prezident seçkilərində daha iki namizəd qeydə alınıb

Türkmənistanda prezident seçkilərində daha iki namizəd qeydə alınıb Türkmənistanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində daha iki namizədi qeydə alıb.
Region
19 fevral 2022 23:39
Türkmənistanda prezident seçkilərində daha iki namizəd qeydə alınıb

Türkmənistanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində daha iki namizədi qeydə alıb.

"Report" "Türkmənistan" dövlət xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə MSK-nın saytında məlumat yayılıb.

Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin "Avaza" sanatoriyasının baş həkimi, Milli Qenqeş Məclisinin deputatı (parlamentin aşağı palatası - red) Qurbanov Berdimammet Xanməmmədoviç və Lebap vilayətinin maliyyə-iqtisadi orta ixtisas təhsili müəssisəsinin direktoru Begenjov Perhat Quvanchquliyeviç müvafiq namizədlik sertifikatları alıblar.

Fevralın 14-də MSK ilk olaraq hazırkı Prezidentin oğlu, parlament sədrinin müavini vəzifəsini tutan Serdar Berdiməhəmmədovun namizədliyini təsdiqləyib. Fevralın 16-da isə Aqrar Partiyasının namizədi Ağacan Bekmiradov seçki marafonuna qatılıb.

Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi