Türkmənistan ilə İran arasında 9 sənəd imzalanıb

Türkmənistan ilə İran arasında 9 sənəd imzalanıb Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov və İran prezidenti İbrahim Rəisinin iştirakı ilə dövlətlər arasında müxtəlif sahələr üzrə 9 anlaşma memorandumu imzalanıb və dövlət başçılarının birgə bəyanatı qəbul edilib.
Region
15 İyun , 2022 16:17
Türkmənistan ilə İran arasında 9 sənəd imzalanıb

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov və İran Prezidenti İbrahim Rəisinin iştirakı ilə dövlətlər arasında müxtəlif sahələr üzrə 9 Anlaşma Memorandumu imzalanıb və dövlət başçılarının birgə bəyanatı qəbul edilib.

“Report” xəbər verir ki, imzalanan sənədlər arasında Türkmənistan və İranın bir sıra regionları, habelə dövlət qurumları arasında ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar əməkdaşlığa dair sənədlər də var.

Xatırladaq ki, Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov İranda ikigünlük səfərdədir.

Son xəbərlər

Orphus sistemi