Türkmənistan İrana təbii qaz ixracını dayandırıb

Türkmənistan İrana təbii qaz ixracını dayandırıb Aşqabadın bu qərarı İranda havanın soyuq olduğu dövrə təsadüf edib
Region
126
2 Yanvar , 2017 10:54
Türkmənistan İrana təbii qaz ixracını dayandırıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkmənistan İrana təbii qaz ixracını dayandırıb.

"Report" xəbər verir ki, bu barədə İranın Dövlət Neft-Qaz Şirkəti (NIGC) məlumat yayıb.

Məlumata görə, türkmən qazının tədarükü yanvarın 1-dən dayandırılıb.

İran Türkmənistandan ildə 700 milyon kubmetr qaz alırdı ki, bu da ölkənin şimal əhalisinin tələbatını ödəyirdi.

NIGC Aşqabadın qərarının İranın şimal rayonlarında soyuq havaların düşməsi dövrünə təsadüf etdiyinə diqqət çəkib.

Tehran hazırda qaz kəsirini öz ehtiyatları hesabına doldurmaq niyyətindədir.

Türkmənistan tərəfi bu qərarını Tehranın qazın qiymət fərqini ödəmək istəməməsi ilə əsaslandırır, İran isə Aşqabada borcunun olmadığını bəyan edir.

Son xəbərlər

Orphus sistemi