​Türkiyəyə turist axını son 22 ildə ən aşağı səviyyəyə düşüb

​Türkiyəyə turist axını son 22 ildə ən aşağı səviyyəyə düşüb Buna Rusiya ilə münasibətlərdə gərginlik və partlayışlar səbəb olub
Region
29 İyul , 2016 01:12
​Türkiyəyə turist axını son 22 ildə ən aşağı səviyyəyə düşüb

Bakı. 29 iyul. REPORT.AZ/ İyulun 28-də açıqlanan rəsmi məlumata görə, Türkiyəyə gedən turistlərin sayı kəskin şəkildə – 40 faiz aşağı düşüb ki, bu da son 22 il ərzində ən aşağı göstəricidir.

"Report" xəbər verir ki, bu barədə "Hurriyet Daily News" nəşri yazıb.

Nəşrin məlumatına görə, turist axınının bu şəkildə azalmasına Rusiya ilə münasibətlərdə yaranan gərginlik, həmçinin ard-arda baş verən və insan ölümü ilə nəticələnən partlayışlar səbəb olub.

"Bu, 1994-cü ildən bu yana ən böyük azalmadır", — deyə nəşr yazıb.

"Hurriyet Daily News" yazır ki, bundan öncəki "rekord" may ayında 34,7% səviyyəsində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi