Türkiyənin yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb

Türkiyənin yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb Türkiyədə 40 mm-lik TG40-BA əl qumbaraatanı istehsal edilib.
Region
269
17 Oktyabr , 2021 05:06
Türkiyənin yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb

Türkiyədə 40 mm-lik TG40-BA əl qumbaraatanı istehsal edilib.

Bu barədə “Report” "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir agentliyinə açıqlamasında qumbaraatanı ölkənin müdafiə sahəsində idxaldan asılılığının minimuma endirilməsi istiqamətində atılacaq növbəti addımlar adlandırıb.

Onun sözlərinə görə, TG40-BA bir neçə növ sursatla istifadəyə hazır olan ilk yerli qumbaraatandır.

TG40-BA-nın 40x46 mm və 40x51 mm-lik döyüş sursatları ilə təchiz ediləcək.

Qumbaraatan tənzimlənən optik nişangahla təmin edilib. Optik nişangah düşmənin 800 metrə qədər məsafədəki obyektini dəqiq vurmaq imkanına malikdir.

Yeni əl qumbaraatanı uğurla sınaqdan çıxıb.

Son xəbərlər

Orphus sistemi