Türkiyənin xüsusi təyinatlıları terrorçuları məhv edib

Türkiyənin xüsusi təyinatlıları terrorçuları məhv edib Türkiyənin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi ölkənin cənub-şərqində terrorçuları məhv edib.
Region
21 Noyabr , 2020 01:41
Türkiyənin xüsusi təyinatlıları terrorçuları məhv edib

Türkiyənin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsi ölkənin cənub-şərqində terrorçuları məhv edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, Şirnakın cənub-şərq əyalətində PKK-nın iki silahlı terrorçusu zərərsizləşdirilib.

Məlumata əsasən, “İldırım” antiterror əməliyyatının növbəti mərhələsi jandarmeriya xüsusi təyinatlı dəstəsi qüvvələrinin iştirakı, aviasiyanın dəstəyi ilə Judi dağı ərazisində davam edir.

Türkiyənin xüsusi xidmət orqanları əməliyyata aktiv dəstək verir.

PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün 1985-ci ildə qanlı terror aktlarını davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi