Türkiyənin XİN başçısı: “Afrini Bəşşar Əsədə təhvil verə bilmərik”

Türkiyənin XİN başçısı: “Afrini Bəşşar Əsədə təhvil verə bilmərik” Bakı. 11 aprel. REPORT.AZ/ “Afrin Suriyadakı rejimə (Bəşşar Əsəd rejimini nəzərdə tutur – “Report”) təhvil verilə bilməz”.
Region
11 Aprel , 2018 14:03
Türkiyənin XİN başçısı: “Afrini Bəşşar Əsədə təhvil verə bilmərik”
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu / Report/ Elchin Murad

Bakı. 11 aprel. REPORT.AZ/ “Afrin Suriyadakı rejimə (Bəşşar Əsəd rejimini nəzərdə tutur – “Report”) təhvil verilə bilməz”.

“Report” “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu terrorçulardan azad edilən Afrinin kimə təhvil veriləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Fransa Suriya məsələsini müzakirə etmək barədə təklif irəli sürüb: “Bu günlərdə təklifi dəyərləndirib, görüş vaxtını təyin edəcəyik”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Suriya ərazisində “Zeytun budağı” adlı anriterror əməliyyatına başlayıb. Martın 18-də Afrin PKK/YPG-PYD terrorçularından təmizlənib. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Türkiyə Afrini Suriya hakimiyyətinə təhvil verməlidir. 

XİN başçısının bu açıqlamasına münasibət bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Afrini kimə vercəklərini yaxşı bilirlər. 

Son xəbərlər

Orphus sistemi