Türkiyənin xarici işlər naziri Aİ-ni ikili standartlara görə tənqid edib

Türkiyənin xarici işlər naziri Aİ-ni ikili standartlara görə tənqid edib Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının İsrail və Fələstin münaqişəsinin həllində yürütdüyü ikili standartlar siyasətini tənqid edib.
Region
2 Noyabr , 2023 21:27
Türkiyənin xarici işlər naziri Aİ-ni ikili standartlara görə tənqid edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının İsrail və Fələstin münaqişəsinin həllində yürütdüyü ikili standartlar siyasətini tənqid edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd olunub ki, diplomat bu fikrini Berlində Almaniya Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən “Aİ-nin genişlənməsi və islahatları” mövzusunda qapalı iclasında bildirib.

“Əgər Aİ həqiqətən də qlobal oyunçu olmaq istəyirsə, təşkilatın genişlənməsinə strateji məsələ kimi yanaşmalıdır. Aİ ölkələrində Fələstinə dəstək aksiyalarının qarşısının alınması ikili standartlar siyasətinin təzahürüdür”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi