Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib Koray Aydın bildirib ki, MHP-dən bir müddət əvvəl istefa vermiş Meral Akşenerin quracağı partiyada təmsil olunacaq
Region
22 Avqust , 2017 15:55
Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

Bakı. 22 avqust. REPORT.AZ/ Türkiyə siyasətinin tanınmış simalarından biri olan Koray Aydın Milliyyətçi Hərəkat Partiyasından (MHP) istefa verib. 

“Report” "Hurriyet"ə istinadən xəbər verir ki, bunu o, avqustun 22-də rəsmən açıqlayıb.

K.Aydın bildirib ki, MHP-dən bir müddət əvvəl istefa vermiş Meral Akşenerin quracağı partiyada təmsil olunacaq. 

Qeyd edək ki, Koray Aydın Türkiyə Böyük Millət Məclisinə 19, 21, 24 və 25-ci çağırışlarda millət vəkili seçilib. 2015-ci il iyunun 9-dan 2015-ci il noyabrın 1-dək Türkiyə Böyük Millət Məclisi sədrinin müavini olub. 

Son xəbərlər

Orphus sistemi