Türkiyənin ​Suriya böhranın həlli ilə bağlı 3 maddəlik planı açıqlanıb

Türkiyənin ​Suriya böhranın həlli ilə bağlı 3 maddəlik planı açıqlanıb Binəli Yıldırım: "Suriya probleminin həllinə çox yaxınıq"
Region
15 Avqust , 2016 14:12
Türkiyənin ​Suriya böhranın həlli ilə bağlı 3 maddəlik planı açıqlanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin Suriyadakı problemin həlli ilə bağlı 3 maddəlik planı var.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin baş naziri Binəli Yıldırım jurnalistlərə açıqlamasında Suriya probleminin həllinə çox yaxın olduqlarını bildirib. 

"Biz bölgədə marağı olan qüvvələrlə birlikdə problemi həll edəcəyik", - deyən baş nazir məsələnin həlli ilə bağlı Türkiyənin irəli sürdüyü prinsipləri də açıqlayıb:

"1.Suriyanın ərazi bütövlüyü qorunacaq. Başqa sözlə, bu ölkədə PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") təsiri altında olacaq bir dövlətin qurulması müzakirə edilməyəcək;

2.Yeni mərhələdə məzhəbə, etnik və regional məsələlərdən birinin üstünlüyünə əsaslanan bir dövlət qurluşu olmayacaq. Məzhəb əsasında bir dövlət qurulmayacaqsa, deməli, Bəşşar Əsəd də siyasi səhnədə uzun müddət qalmayacaq;

3.Məsələnin Türkiyə ilə bağlı ən əhəmiyyətli hissəsi isə suriyalı qaçqınların geri qayıtmasıdır. Böhran həll edilməyə başlayandan sonra Türkiyə də daxil olmaqla bölgə ölkələrinə sığınan və qaçan suriyalı qaçqınlar müəyyən proqram əsasında geri dönəcək".

Son xəbərlər

Orphus sistemi