Bakı. 4 avqust. REPORT.AZ/ Türkiyənin Şırnak vilayətində yola döşənmiş partlayıcının işə düşməsi nəticəsində üç əsgər şəhid olub, daha bir mülkü şəxs yaralanıb.
"Report"un "Anadolu"ya istinadən xəbər verir ki, PKK terrorçuları hadisə yerindən qaçıblar. Onların ələ keçirilməsi üçün bölgədə antiterror əməliyyatı başlanılıb.