​Türkiyənin Şırnak vilayətində daha bir əsgər şəhid olub

​Türkiyənin Şırnak vilayətində daha bir əsgər şəhid olub PKK terrorçularının hücumunda bir hərbçi də yaralanıb
Region
4 Avqust , 2015 21:25
​Türkiyənin Şırnak vilayətində daha bir əsgər şəhid olub

Bakı. 4 avqust. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 172-ci zirehli briqada komandanlığına hücum edib. Nəticədə 2 hərbçi yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, yaralılar helikopterlə Şırnak Hərbi Hospitalına qaldırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

PKK terrorçuları hücumu həyata keçirdikdən sonra hadisə yerindən qaçıblar. 

Son xəbərlər

Orphus sistemi