Türkiyənin Şırnak bölgəsində partlayış olub, iki uşaq ölüb, 4-ü yaralanıb

Türkiyənin Şırnak bölgəsində partlayış olub, iki uşaq ölüb, 4-ü yaralanıb Hadisə ilə bağlı araşdırma aparılır
Region
5 Noyabr , 2016 16:03
Türkiyənin Şırnak bölgəsində partlayış olub, iki uşaq ölüb, 4-ü yaralanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Gündoğdu məhəlləsində törədilən partlayış nəticəsində 2 uşaq ölüb, 4-ü yaralanıb.

“Report” Haberturk-ə istinadən xəbər verir ki, hadisə terrorçuların əvvəlcədən yola döşədikəri partlayıcının partlaması nəticəsində olub.

Şırnak valisi hadisə ilə bağlı yazılı açıqlama yayıb: “Əyalətmizin mərkəzində terror qruplaşması təmsilçilərinin əvvəlcədən yola döşədikləri partlayıcının partlaması nəticəsində 6 uşaq yaralanmışdı. Onlar Şırnak dövlət xəstəxanasına aparılıb. Ancaq görülən bütün tədbirlərə baxmayaraq, iki uşağın həyatını qurtarmaq mümkün olmayıb”.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi