Türkiyənin sərnişin təyyarəsi Vyanada məcburi eniş edib

Türkiyənin sərnişin təyyarəsi Vyanada məcburi eniş edib Hadisə nəticəsində xəsarət alan olmayıb
Region
9 Oktyabr , 2017 15:34
Türkiyənin sərnişin təyyarəsi Vyanada məcburi eniş edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) şirkətinə məxsus təyyarə tüstülənməyə görə Avstriya paytaxtı Vyananın hava limanına məcburi eniş edib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Təyyarə İstanbul- Brüssel reysi üzrə uçurmuş. Təyyarə hazırda Vyanın hava limanındadır.

Tüstülənmənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi