​Türkiyənin sərnişin təyyarəsi Nepalda qəzaya uğrayıb

​Türkiyənin sərnişin təyyarəsi Nepalda qəzaya uğrayıb Qəza nəticəsində təyyarənin ön dayaq şassisi sınıb
Region
113
4 Mart , 2015 10:32
​Türkiyənin sərnişin təyyarəsi Nepalda qəzaya uğrayıb

Bakı. 4 mart. REPORT.AZ/ Türkiyə Hava Yollarına məxsus " A330" tipli airbus Nepalın paytaxtı Katmandunun hava limanının eniş-uçuş zolağına eniş edərkən zolaqdan kənara çıxıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu məlumatı hava limanının rəhbərliyi bildirib.

Məlumata əsasən, təyyarə İstanbuldan Katmanduya uçurmuş. Hadisə nəticəsində "A330"un göyərtəsindəki 238 sərnişinin bəzisi yüngül yaralanıb.

Mütəxəssislərin fikrincə, hadisənin baş verməsinə səbəb iki gün aramsız yağışın yağması nətcəsində eniş-uçuş zolağının sürüşkən, eləcə də hava limanı rayonunda güclü dumanın olmasıdır.

Qəza nəticəsində təyyarənin ön dayaq şassisi sınıb.

Son xəbərlər

Orphus sistemi