Türkiyənin NATO-dan 40 hərbçisini geri çəkməsinin səbəbi açıqlanıb

Türkiyənin NATO-dan 40 hərbçisini geri çəkməsinin səbəbi açıqlanıb Ərdoğan: “Biz silahı güc olaraq qəbul ediriksə, onda gəlin siyasəti buraxaq”
Region
17 Noyabr , 2017 14:32
Türkiyənin NATO-dan 40 hərbçisini geri çəkməsinin səbəbi açıqlanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Brendan McDermid

Bakı. 17 noyabr. REPORT.AZ/ “Norveçdə bir tərəfdə Atatürk, digər tərəfdə şəxsi fotom olan “düşmən tablosu” adlı bir tablo qoyublar”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Avropa İttifaqı üzrə nazirimiz Kanadaya səfər edirdi. Onlar yoldan bizimlə əlaqə saxladılar, məlumat verdilər. NATO təlimlərində 40 hərbçimiz var idi. Biz də onları geri çəkdik. Hətta həmin tablolar qaldırılsa belə hərbçilərimizi geri çəkməklə bağlı göstəriş verdik. Artıq lazımi əlaqələr quruldu və davam edir. Oyun başqa oyundur. Zaman-zaman müxtəlif yerlərdə belə fəaliyyət göstərilib. Təəssüf ki, aramızda da belələri var. Biz silahı güc olaraq qəbul ediriksə, onda gəlin siyasəti buraxaq. Haqdan daha güclü bir şey olmaz”, - Türkiyə prezidenti vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi