Türkiyənin müdafiə naziri: "Rusiya Xarkova doğru irəliləyə bilər"

Türkiyənin müdafiə naziri: "Rusiya Xarkova doğru irəliləyə bilər" “Rusiya və Ukraynanın mövqeləri fərqlidir”.
Region
9 Avqust , 2022 11:12
Türkiyənin müdafiə naziri: Rusiya Xarkova doğru irəliləyə bilər

“Rusiya və Ukraynanın mövqeləri fərqlidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.

“Rusiyanın Xarkova doğru hərəkətlənməsi ola bilər. Eyni zamanda nüvə riski də var. Biz Rusiya və Ukrayna ilə dialoqu davam etdiririk. İnşallah, taxıl daşınması maneəsiz davam edəcək. Bəzi mövzularda irəliləməni görürük. Əvvəl durum daha mürəkkəb idi. Rusiya nüvə silahından istifadə etməyəcəyini deyir. Amma həm də bildirir ki, öz təhlükəsizliyimiz üçün bu silahdan istifadə edə bilərik. Ona görə də diqqətli olmaq lazımdır. İyulun 13-də BMT-nin iştirakı ilə dördtərəfli görüşümüz oldu. Müharibə hələ bitməsə də, humanitar addımlar davam edir. Hələ ki minalarla bağlı problem yoxdur. Əks halda lazımi tədbirlər görüləcək. “Taxıl sazişi” yalnız Ukrayna limanlarına aiddir. Bizim gözləntimiz əldə edilən razılaşmaların daha ciddi nəticələrə, atəşkəsə səbəb olmasıdır”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi