Türkiyənin müdafiə naziri: “Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanında tək qoyublar”

Türkiyənin müdafiə naziri: “Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanında tək qoyublar” “Əliyevlə Paşinyan arasında oktyabrın 5-də İspaniyada keçiriləcək görüş 24 saatlıq müdaxilədən sonra önəmli olacaq. Ancaq Paşinyan indi görməlidir ki, ona qaz verənlər indi onu döyüş meydanlarında tək qoyublar”.
Region
29 Sentyabr , 2023 13:26
Türkiyənin müdafiə naziri: “Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanında tək qoyublar”
Yaşar Gülər

“Ermənistanın baş naziri Nikol Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanlarında tək qoyublar”.

“Report” xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, cəbhədə Azərbaycana qarşı hər məğlubiyyət N.Paşinyanın İrəvandakı mövqeyini sarsıdır: “Paşinyan Zəngəzur dəhlizini böhran səbəbi deyil, fürsətə çevirsə, bundan həm Ermənistan, həm də özü qazanacaq.

Əks halda, hər məğlubiyyətdən sonra İrəvan meydanlarını istefa şüarları ilə dolduran qəzəbli kütlə bir gün Paşinyanı devirə bilər”.

Y.Gülər deyib ki, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi son antiterror tədbirləri bölgədə yeni vəziyyət yaradıb və bu, Bakı ilə İrəvan arasında qarşıdakı danışıqlara da təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi