Türkiyənin müdafiə naziri üç hərbçinin şəhid olduğu bölgədədir

Türkiyənin müdafiə naziri üç hərbçinin şəhid olduğu bölgədədir Türkiyənin milli müdafiə naziri Hulusi Akar komandanlarla birlikdə İraqla sərhəd bölgəsindədir.
Region
24 May , 2022 15:50
Türkiyənin müdafiə naziri üç hərbçinin şəhid olduğu bölgədədir
Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar komandanlarla birlikdə İraqla sərhəd bölgəsindədir.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hulusi Akarla birlikdə bölgəyə Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı, ordu generalı Musa Avsever və Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüz sərhəd bölgəsindədir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında "Pəncə-Kilid" antiterror əməliyyatı çərçivəsində mayın 23-də keçirdiyi əməliyyat zamanı 3 hərbçisi şəhid olub, 4-ü yaralanıb.

Son xəbərlər

Orphus sistemi