Türkiyənin Mersin şəhərində sel qurbanlarının sayı iki nəfərə çatıb - YENİLƏNİB - VİDEO

Türkiyənin Mersin şəhərində sel qurbanlarının sayı iki nəfərə çatıb - YENİLƏNİB - VİDEO ​Nazir: "Mersində təbii fəlakətlə qarşı-qarşıyayıq"
Region
29 Dekabr , 2016 17:12
Türkiyənin Mersin şəhərində sel qurbanlarının sayı iki nəfərə çatıb - YENİLƏNİB - VİDEO

İlk xəbər saat 16:21-də verilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Türkiyənin Mersin şəhərində leysan nəticəsində iki nəfər selin qurbanı olub.

“Report” "Hürriyet"ə istinadən xəbər verir ki, yerli hökumət sakinləri ehtiyacları olmadığı halda küçəyə çıxmamağa çağırıb.

Məlumata görə, leysan nəticəsində Mersində məktəblər iki günlüyə bağlanıb.

Türkiyənin inkişaf naziri Lütfi Əlvan Mersində təbii fəlakətlə qarşılaşdıqlarını deyib.

Son xəbərlər

Orphus sistemi