Türkiyənin Kilis şəhəri raket atəşinə tutulub, 1 nəfər ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyənin Kilis şəhəri raket atəşinə tutulub, 1 nəfər ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB Yaralılardan birinin vəziyyəti ağırdır
Region
24 Yanvar , 2018 20:58
Türkiyənin Kilis şəhəri raket atəşinə tutulub, 1 nəfər ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Kilis şəhərinin Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulması nəticəsində bir nəfər ölüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər yaralanıb, onlardan biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Bir nəfərin vəziyyəti isə ağır olaraq qalır.  


 *** 20:17

Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, PKK terrorçu qruplaşmasının Suriyadakı qolu YPG tərəfindən atılan raketlərdən biri məscidin divarına dəyib. 

Kilis valisi Metin Tekinarslan hadisə nəticəsində ikisi ağır olmaqla 8 nəfərin yaralandığını bildirib: "Raketlərdən biri Çalık məscidinin divarına, digəri isə evə düşüb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Məscidə ziyan dəyib". 

Türkiyə Silahlı Qüvvələri cavab olaraq terrorçuların mövqelərinə zərbələr endirib. 

Son xəbərlər

Orphus sistemi