Türkiyənin İstanbul və Kırklareli əyalətlərində eyni zamanda keçirilən antiterror əməliyyatı nəticəsində 20 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" səhifəsində yazıb.
Nazir bildirib ki, 26 müxtəlif ünvanlarda keçirilən əməliyyat nəticəsində 20 nəfər saxlanılıb. Məlumata görə, saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) əyalət sözçüsü və başçıları da var.