Türkiyənin İsveçrədəki səfiri vəfat edib

Türkiyənin İsveçrədəki səfiri vəfat edib Mehmet Tuğrul Gücük uzun sürən xəstəlikdən sonra Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib
Region
3 Avqust , 2016 15:30
Türkiyənin İsveçrədəki səfiri vəfat edib

Bakı. 3 avqust. REPORT.AZ/ Türkiyənin İsveçrədəki səfiri Mehmet Tuğrul Gücük vəfat edib. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, diplomat uzun sürən xəstəlikdən sonra avqustun 3-də Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Mehmet Tuğrul Gücük Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn ediləcək. 

Qeyd edək ki, M.Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. 1983-1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olub, 1995-1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışıb. O, 2005-2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləyib. 2014-cü ildən isə Türkiyənin İsveçrədə səfiri idi. Ancaq M.Gücük təxminən üç aydır müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi. 

Son xəbərlər

Orphus sistemi