Türkiyənin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Türkiyənin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib Hava limanın Təhlükəsizlik İdarəsinin əməkdaşları girişlərdə və terminallarda növbə çəkirlər
Region
24 Avqust , 2016 20:15
Türkiyənin hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyədə Suriyanın şimalında hərbi əməliyyat başlayandan sonra ölkənin bütün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report"un "Milliyyət"ə istinadən verdiyi xəbərə görə, xüsusilə bu tədbirlər Türkiyənin ən iri hava limanı olan İstanbulun hava limanında gücləndirilib. Hava limanın Təhlükəsizlik İdarəsinin əməkdaşları girişlərdə və terminallarda növbə çəkirlər.

Bildirilir ki, 12-14 yaşlı yeniyetmənin Qaziantepdə terror aktı törədəndən sonra Türkiyənin Baş Təhlükəsizlik İdarəsi hava limanlarında uşaqların, hamilə qadınların, qocaların yoxlanılması zamanı daha diqqətli olması ilə bağlı bildiriş dərc edib.

Son xəbərlər

Orphus sistemi